“Biz hər şeyi dövlətdən gözləməməliyik” – VİDEO

0
386

“Böyük şirkətlər, böyük restoran və böyük tikinti şirkətlərinə üzümü tutub demək istəyirəm ki, dövlətimizin koronavirus pandemiyası kimi dünyada bəlaya çevrilmiş ciddi problemlə mübarizə apardığı çətin bir dövrdə işçiləri ixtisara salmayın, maaşlarını verin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib.
Q. Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir:
“Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.  Arzu edənlər buradan izləyə bilərlər.