Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilmə vaxtı dəqiqləşib.
Bu il keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək.
Olimpiada avqustun 8-dək davam edəcək.
Paralimpiada isə avqustun 24-də başlayıb, sentyabrın 5-də bitəcək.
Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.