Tibb fakültəsinin tələbələri vaxtından əvvəl məzun ediləcək – Həkim çatışmazlığı səbəbi ilə…

0
427

Koronavirus xəstəliyi dünyanın hər yerində olduğu kimi ABŞ-da da ciddi həkim çatışmazlığı yaradıb.

Birləşmiş Ştatlar bu problemi qismən də olsun həll etmək üçün maraqlı çıxış yolu tapıb. Belə ki, ABŞ hərbi tibb məktəbinin tələbələrini vaxtından əvvəl məzun etmək qərarına gəlib. Ilkin olaraq 170 tələbənin koronavirus pandemiyası səbəbi ilə həkimlərə kəskin ehtiyac duyan Merilend ştatına göndərilməsi nəzərdə tutulur.

Vaxtından əvvəl məzun edilən tələbələr lisenziyalı həkimlərin nəzarəti altında fəaliyyət göstərəcək. ABŞ yetkililəri bildiirb ki, hökumət tibbi böhranın baş verməsini önləməyə çalışır. Çünki indiki məqamda tibbi böhranın baş verməsi koronavirusla mübarizəni bəribaşdan uduzmaq demək olar.