Azərbaycan Dillər Universiteti (ADU) koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulub.
Universitetin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən verilən məlumata görə, ali təhsil ocağı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min vəsait köçürüb.
Universitetdən bildirilib ki, bundan əlavə ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla rektor kimi bir illik əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.