Ev Cəmiyyət Dövlət Komitəsinin rəhbər heyəti də maaşlarının 50 faizini ianə etdi

Dövlət Komitəsinin rəhbər heyəti də maaşlarının 50 faizini ianə etdi

0
387
Dövlət Komitəsinin rəhbər heyəti də maaşlarının 50 faizini ianə etdi
Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən “COVİD-19” pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

 Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əməkhaqqının 50%-ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin həyata keçirilməsinə dəstək göstərməkdir.

Xatırladaq ki, koronavirusun (COVİD-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.

Qeyd edək ki,Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti dəölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.