Bərdə və Ağcabədi rayonlarında karantin qaydalarına əməl olunmur

0
725


“Bərdə və Ağcabədi rayonlarında ölkə rəhbərliyinin karantin tədbirləri ilə bağlı qərar və sərəncamlarına qətiyyən riayət olunmur.”
İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədov şəxsi müşahidələri əsasında bu məlumatı verərkən, eyni zamanda qeyd etmişdir: “Bu rayonlarda bütün ictimai-iaişə və ticarət obyektləri demək olar ki, axşam saat 9-dək işləyir.
Bu rayonlarda mövcüd vəziyyətlə əlaqədar vətəndaşların maarifləndirilməsi, lazımı tədbirlərin görülməsinə dair heç bir fəaliyyətlə rastlaşmadıq. Bütün bunlar da bu rayonların rəhbər orqanlarının fəaliyyətsizliyi anlamına gətirib çıxarır.”
Qeyd edək ki, İNK-nın korona virusla bağlı Prezidentimiz İlham Əliyevin göstərişi ilə həyata keçirilən operativ tədbirlər və qəbul edilmiş rəsmi qaydalara yerlərdə necə riayət olunması çərçivəsində aparılan monitorinq müşahidələri davam edir.

“ictimaixeber.az”