Trampın “Çin virusu” sözlərinə Pekindən sərt reaksiya

0
434

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın “Twitter” paylaşımına sərt reaksiya verib.Bu barədə “Hürriyet” məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyindən (XİN) verilən açıqlamada Donald Trampın COVID-19 yeni tip koronavirusu “Çin virusu” kimi təqdim etməsini “şiddətli qəzəb”lə qarşılandığı bildirilib.

“Virusu Çinlə əlaqələndirmək bir damğalama üsuludur. Buna qətiyyətlə qarşıyıq və şiddətli şəkildə qəzəbliyik”, – deyə açıqlamada qeyd olunub.