Tünd pivədə qatıqdan daha faydalı bakteriyalar var!

0
431

 

İnsan vücudunda bakteriyaların hüceyrələrdən daha az olmadığını nəzərə alsaq, müxtəlif probiotiklərin (kələm, kefir, qatıq) populyarlığı başa düşüləndir. Ancaq qıcqırdılmış tərəvəz və süd məhsullarını sevmirsinizsə, onda yeni araşdırmanın nəticəsi sizi sevindirəcək.

Milli.Az xəbər verir ki, gündə bir fincan tünd pivə, bağırsaq mikroflorasının qorunmasına kömək edir! Amsterdam Universitetinin professoru Erik Klassenin pivə ilə bağlı apardığı araşdırmanın nəticələri sübut edib ki, onun bəzi növlərində faydalı mikroorqanizmlər var.

Pivə növlərinin çoxu bir dəfə qıcqırdılmasına baxmayaraq, Belçika pivələri iki dəfə fermentləşdirilir ki, bitkilərdəki şəkər daha çox spirtə çevrilsin. Birinci fermentasiyadan fərqli olaraq, ikincisində xəstəlik törədən bakteriyaları öldürmək üçün turşu ifraz edən xüsusi mayadan istifadə edilir.

İnsan bu cür pivə içəndə milyonlarla anti-patogen mikrob, bağırsaq müdafiəçilərinin sırasına qoşulur. Bu, faydalı olsa da, Klassen həddi gözləməyə səsləyir:

“Yüksək spirt konsentrasiyası bağırsaqlara zərər verir, ancaq gündə bir qədəh pivə içsəniz, çox faydalı olacaq”

Əvvəlki araşdırmalar içkinin bağırsaq mikroflorası üçün zərərli olduğunu müəyyən edib, odur ki, miqdarı aşmayın. Qeyd etmək lazımdır ki, elm adamları hələ də probiotiklərin mikrofloraya faydası barədə etibarlı dəlil tapmayıb.