İranda saxta spirtli içkilərdən ölənlərin sayı artır

0
423

İranın cənub-qərbində yerləşən Fars vilayətində saxta spirtli içkilərdən ölənlərin sayı 31 nəfərə çatıb.

Bunu İranın Fars vilayəti Təcili Yardım İdarəsinin direktoru Məhəmməd Cavad Muradian “IRNA”ya açıqlamasında deyib.

M.C.Muradianın sözlərinə görə, ötən günlərdə 264 nəfər saxta spirtli içkilərdən zəhərlənib.

Muradian əlavə edib ki, təkcə Şiraz şəhərində 169 nəfərin saxta spirtli içkilərdən zəhərlənməsi qeydə alınıb.

İdarə rəsmisi vilayətdə saxta spirtli içkilərdən ölənlərin sayının koronavirus nəticəsində ölənlərdən çox olduğunu deyib: “Vətəndaşlar, əsasən də gənclər sosial-ictimai şəbəkələrdə spirtli içkilərdən istifadənin koronavirusla mübarizədə effektiv olmasına dair yayılan şayiələrə inanmasınlar”.

Qeyd edək ki, İranda son vaxtlar saxta spirtli içkilərdən mindən çox şəxs zəhərlənib, 131 nəfər isə dünyasını dəyişib.

Sıra Vilayət Ölən Zəhərlənən
1 Xuzistan 49 612
2 Fars 31 264
3 Əlborz 7 Elan olunmayıb
4 Ərdəbil 13 100
5 Mazandaran 12 Elan olunmayıb

6

Kürdüstan 6 18
7 Sistan və Bəluçestan 5 Elan olunmayıb
8 Həmədan 4 Elan olunmayıb
9 Mərkəzi 2 3
10 Kirmanşah 1 16
11 Hörmüzqan 1 5
12 Rəzəvi Xorasanı 3

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib