Azərbaycanın Türkiyədəki səfiriliyi koronovirusla əlaqədar “Qaynar xətt” xidmətinin sayını artırıb – YENİLƏNİB

0
414

11:57

Türkiyədəki Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar dünən gecə yaradılan operativ “Qaynar xətt” xidmətinin sayını artırıb.

Türkiyədəki Azərbaycan Səfirliyindən verilən məlumata görə, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımız +905372826740, +903124906913, +903124920423 “Qaynar xətt”lərlə müraciət edə bilərlər.

———-
10:44

Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb.

Bu barədə  səfirlikdən məlumat verilib.

“Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən “Qaynar xətt” yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740″, – məlumatda qeyd olunub.