Baş Nazirdən qərar – Bunlar idxal gömrük rüsumundan azad edildi

0
361

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” genişləndirilib.

İndiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olub:

XİFMN üzrə kodu Mal mövqelərinin adları
1 2
Qrup 84-dən  
8471 70 500 0 yaddaş qurğuları: sərt maqnit disklərdə
8471 80 000 0 hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları
8473 30 800 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri
Qrup 85-dən  
8528 51 000 0 digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan
8542 31 90 Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

Dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olacaq:

XİFMN üzrə kodu Mal mövqelərinin adları
1 2
Qrup 84-dən  
8471 30 000 0 ən azı məlumatın işlənilməsi mərkəzi blokundan, klaviaturadan və displeydən ibarət olan, kütləsi 10 kqdan çox olmayan portativ hesablayıcı maşınlar
8471 41 000 0 hesablayıcı maşınlar, digərləri:–

– bir korpusunda ən azı məlumatın işlənilməsi mərkəzi bloku və giriş və çıxış qurğuları olan hesablama maşınları, birləşmiş və ya birləşməmiş

8471 49 000 0 hesablayıcı maşınlar:

– – digərləri, sistem şəklində təqdim edilmiş

8471 50 000 0 8471 41 və ya 8471 49 yarımmövqelərində təsvir edilənlərdən fərqli olan məlumatların işlənilməsi blokları, bir korpusda bir və ya iki aşağıda göstərilmiş qurğular olan və ya olmayan: yaddaş qurğuları, giriş

qurğuları, çıxış qurğuları

8471 60 600 0 – bir korpusda yaddaş qurğusu olan və ya olmayan giriş və ya çıxış qurğuları:

– – klaviatura

8471 70 300 0 yaddaş qurğuları:–

– – – optiki, maqnit-optiki də daxil olmaqla

8471 70 500 0 yaddaş qurğuları:

– – – – – sərt maqnit disklərdə

8471 70 980 0 Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar:

– – yaddaş qurğuları:

– – – digərləri

 

8471 80 000 0 hesablayıcı maşınların digər qurğuları
8473 30 200 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:

– – elektron modullar

8473 30 800 0 8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları:

– – digərləri

Qrup 85-dən  
8523 51 100 0 37-ci qrupun məmulatlarından başqa, disklərin hazırlanması üçün matrisa və master-disklər də daxil olmaqla, yazılmış və ya yazılmamış, səsyazma və ya başqa hadisələr üçün disklər, lentlər, enerji asılılığı

olmayan məlumatların saxlanılması üçün sərt cisimli qurğular, “intellektual kartlar” və digər səsyazma və ya digər hadisələr üçün daşıyıcılar:

– – enerji asılılığı olmayan məlumatların saxlanılması

 

üçün sərt cisimli qurğular:

– – – yazılmamış

8528 52 100 0 digər monitorlar:

– – – yalnız və ya əsasən 8471 mal mövqeyinin hesablayıcı sistemlərində istifadə olunan

8528 59 900 0 – – digərləri:

– – – rəngli

8542 31 90 Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər:

– – – digərləri

 

 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.