Sumqayıtda sərnişin avtobusu yanıb

0
381

Sumqayıt şəhərində “Mitsubishi” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.