BMT Baş katibi İdliblə bağlı atəşkəs çağırışı etdi

0
356

BMT-nin Baş katibi Antoniu Quterreş İdlibdə atəşkəs çağırışı edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Yazılı açıqlamada Suriyanın şimal-qərbində artan gərginlikdən narahatlıq keçirdiyini bildirən Baş katib İdlibdə atəşkəslə bağlı çağırış edib.

A.Quterreş artan gərginliyin bölgədəki dinc əhali üçün təhlükəli olduğunu vurğulayıb.

“Təcili addımlar atılmasa, gərginliyin hər ötən saat daha da artmaq riski var”, – deyə o, bildirib.