Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.
Axşam saatlarında bununla bağlı sosial şəbəkələrdə yayımlanan videoçarx izləyiciləri duyğulandırıb.
Videoçarx faciənin şahidi olan qadının fəryadından bəhs edir. Ailəsini və bütün qohumlarını itirən qadın nəslin Xocalı qətliamından qurtulan tək nümayəndəsidir. O, bütün həqiqətləri olduğu kimi, çılpaqlığı ilə danışır.
Videoçarx Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımının 28-ci ili münasibətilə hazırlanıb.
Video sosial şəbəkələrdə #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayın köməyilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.
Soyqırım zamanı 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.