“Gəyəçöl” Xeyriyyə cəmiyyəti böyük layihə həyata keçirir

0
1555

Bu gün Masallı Gəyəçöl kənd xeyriyyəçilərini vətənpərvərlik hissindən başqa birləşdirən ikinci bir ideya yoxdur.

Bu hissi insanlarda oyatmaq, vətənpərvərlik ideyasını düşüncələrə yeridə bilmək üçün daima bu məsələnin üzərində işləmək vacib vəzifədir.
Müasir Azərbaycanın bu gün ən aktual problemlərindən biri gənclərin bu ruhda tərbiyə olunmasıdır: Vətəni, dövlətçiliyi sevmək, bayrağa və ali milli ideyalara bağlı olmaq, yaşadığın torpağa qayğı göstərmək. Elə əsl Vətənpərvərlik budur!
2018-ci ildə Bakıda yaşayan bir qrup Gəyəçöl sakini kəndimizin abadlaşdırılması, orada yaşayan insanların rifahının yaxşılaşdırılması üçün Xeyriyyə Fondu yaratmaq ideyasını irəli sürdülər. İdeya bəyənildi və böyük dəstək aldı. Qısa müddətdə bu ideyanın məqsədi insanlarımız arasında sürətlə yayıldı, rəğbət qazandı, tərəfdarlar topladı.
2018-ci ildə ilk fəaliyyətimiz aztəminatlı ailələrə yardım ayırmaq və tələbə gənclərə dəstək oldu.
Tezliklə xeyriyyəçilik fəaliyyətimiz kəndimizdə də öz davamını tapdı.
Həyata keçirdiyimiz bu böyük proqram 2018-ci il 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr edilmiş «Hərəyə bir ağac əkək!» aksiyası ilə başladı. 220 ağac əkdik. Uğurlu işimiz bizə böyük ruh yüksəkliyi verdi.
Kənddə yaşayan insanlar bizə dəstək oldular.
2019-cu ilin əvvəlində ölkədə yeni bir hərəkatın əsasını qoyan ilklərindən biri olduq.
Sabah birlik və əzmkarlıq nümunəsi olan «Kəndimizi təmiz saxlayaq!» aksiyası kəndimizdə 50-ci dəfə keçiriləcək. Həyata keçirilən bu aksiyanın bu gün, mübaliğəsiz desək, dünyada misli yoxdur.
Kənd gəncləri bir yerə yığışaraq 50-ci həftədir ki, öz daxili imkanları hesabına, təmənansız böyük bir iş görürlər. Kəndlərinə, ölkələrinə bu gözəl münasibətə görə Xeyriyyə Cəmiyyətinin üzvləri: Yadulla Mustafayeva, Hikmət Əzizova, Cavidan Şükürova, Faiq Əsgərova, Mirəhməd Əliyevə, Ramin Əsgərova, Pərviz Rənalıyevə, Əhliman Əmənova, Cəmil Nəciyevə, Nicat Ağayevə, İnqilab Həsənova, Elçin Ağayevə və bir çox başqalarına; məktəblərimizə bu işlərin uğurla davam etdirilməsində göstərdiyi köməyə görə böyük təşəkkürümüzü bildiririk.

İlk anlarda çətin idi. Bu gün isə köhnə də olsa, xeyriyyəçi uşaqların dəstəyi sayəsində aldığımız «QAZ-53 samosvaltımız» da var.
Xudaya Rəhimov, Sələddin Quliyev, Xaləddin Quliyev, Azər Quliyev, Nasif İsrafilov, İlqar Rəhimov, Əlizamin Rəhimov, Maqsud Məmmədov, İlham Abışov, Mustafa Mustafayev, Əbülfəz Ağayev, Yaqubəli Rəhimov, Fikrət Həsənov, Rəşadət Şükürov, Sakit Əmənov, Təzəxan Əmənov, Zaur Abıyev, Amid Həsənov, Mürsəl Məlikov, Ağasəf Bayramov, Nizam Məmmədov, Cavanşir və Cavid Əsgərovlar.
Norilsk-Abakan-Moskva-Bakı-S.Peterburq və digər şəhərlərdə yaşayan onlarca həmkarlarımız – adları çəkilən və çəkilməyən bu insanlar bizim kəndimizin qəhrəmanlarıdır. Onlar kəndimiz üçün yeni tarixi səhifə yazdılar.
Unutmayaq ki, kədimizin xeyriyyəçilik ənənəsinin şanlı tarixi var. Təməli illər öncə böyüklərimiz tərəfindən qoyulmuş ənənə bu günkü insanlarımız üçün örnək olmuşdur.
Mirəhməd Əliyevin, Almaz Nəciyevin, Bəxtiyar Abışovun, Abduləli Abdullayevin, Sədrəddin Həsənovun, Mirəli Əliyevin əməyi bizim üçün əvəzsizdir.
Xeyriyyə cəmiyyətimiz böyük layihələr həyata keçirə bildi: kənd yollarına 4 km-dən çox asfalt çəkildi, yolların işıqlandırılması baş tutdu. Qəbirsanlığın abadlaşdırılması, yol kənarlarında və məktəb həyətində 2000-dən çox ağac əkilməsi, stadionun təmiri və hasarlanması, şəhid qəbirlərinin təzələnməsi və hər birinin üzərində ucaldılmış Azərbaycan bayraqları, yol kənarına qoyulmuş zibil qutuları, əhali arasında aparılan təbliğat işləri.
Bütün bunlar ümumi işə – gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayır.
İnsanlarımızın görülənlərə münasibətində ciddi dönüşlər yarandı.
2019-cu ildə keçirilən «Balacalara böyük dünya bəxş edək» kitab festivalı;
– «Gənc analara dəstək» – Bakıdan dəvət edilmiş psixoloqlarla görüş;
– «Mən xeyriyyəçi olsaydım hansı işlər görərdim» – məktəblilərin arasında keçirilən inşa müsabiqəsi;
– «Breyn Rinq» – zəka oyunları yarışları;
– «Bakı – Gəyəçöl», «Gəyəçöl» – Abdallı futbol görüşləri;
– «Bayraq yürüşü!»;
– Müəllimlərə dəstək» – proqramının həyata keçirilməsi;
– «Şəhid Elşad İsayevin» kənd Uşaq Bağçasında xatirə lövhəsinin açılışı.
Bütün bunlar kəndimizə yeni abu-hava gətirdi, xalqımıza, Azərbaycana dərihn məhəbbətimizin təzahürü oldu,vətən üçün, onun işıqlı sabahı naminə edildi.
Biz bu gün bir təntənənin şahidiyik. Hər şey göz oxşayır. Biz bütün çətinliklərə baxmayaraq, böyük bir işin öhdəsindən gəldik. Kənd ərazi nümayəndəliyinin rəhbəri Afərin Şükürovaya dəstəyə görə dərin mlinnətdarlığımızı bildiririk.
Vahid Xeyriyyə komandasının məqsədli işlərinin məntiqi təntənəsi göz qabağındadır.
Biz bu işlərin uğurla başa çatdırılmasında zəhməti olan hər kəsə böyük mlinnətdarlığımızı çatdırırıq.
Nə etdiksə üçrəngli bayrağımız naminə etdik! Nə etdiksə Dövlət rəhbərimizin yürütdüyü gənclərə dəstək uğurlu siyasətinin bir parçası olmaq üçün etdik!
Bütün edilənlər gənclərimizə, sabahımıza göndərilən ləyaqət və şərəf missiyalarıdır.
Hər şey Vətən naminə!
Hər şey Azərbaycan naminə!

Zaur Niftiyev,
Gəyəçöl Xeyriyyə Cəmiyyətinin təşkilatçısı