Güclü qasırğa zamanı təyyrə tərs eniş etdi – VİDEO

0
540

Güclü qasırğa zamanı təyyrə tərs eniş etdi - VİDEO“Etihad Airway” şirkətinin təyyarəsi Britaniyada pis hava şəraitində eniş edib.

Həmin görüntüləri “Daily Mail” dərc edib.

Londonun Hitrou hava limanından çəkilən kadrlardan göründüyü kimi, güclü “Dennis” qasırğası zamanı təyyarə uçuş-enmə zolağına tərs eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmin an qasırğanın sürəti saatda 91 mil (146 km) olub.

Hava şəraitinə görə yüzlərlə reys təxirə salınıb. Ölkənin müxtəlif bölgələrində daşqın və torpaq sürüşməsi qeydə alınıb. Son məlumata əsasən, yerli sakinlərdən 3 nəfər ölüb, bir nəfər itkin düşüb.

17 və 18 fevralda firtınanın ən güclü həddə çatacağı ehtimal olunur.

Natəvan Baxşiyeva