Xəzərdə zəlzələ oldu

0
477

Xəzərdə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir.

Məlumata görə, 4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.