“Hər il İranda çirkli havadan 30 min nəfər həyatını itirir”.
Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini Rza Məlikzadə deyib.
O bildirib ki, ki, onkoloji xəstəliklərin yaranmasında çirkli hava ən əsas səbəblərdən biridir.
“İranın 7 şəhərində hava çirklidir. Hətta evlərdə belə hava çirklidir. Bu da insanların vaxtından əvvəl ölümünə səbəb olur. Bizim hesablamalarımıza görə, hər il ölkədə çirkli havadan 30 min nəfər ölür”, – deyə R. Məlikzadə vurğulayıb.