Bakıda Türk Şurası XİN rəhbərlərinin görüşü başlayır

0
424
Bakıda Türk Şurası XİN rəhbərlərinin görüşü başlayır
Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.
İclasda iştirak etmək üçün qurumun baş katibi, üzv ölkələrin XİN rəhbərləri Azərbaycana gəliblər.

Ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev arasında keçirilən görüşdə iclasın gündəliyində duran bir sıra məsələlər, həmçinin təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türk Şurasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat – Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.