Koronavirusun “beşiyində” maskasız gəzən qadın vəhşicəsinə döyüldü – VİDEO

0
451

Çinin Uxan şəhərində küçəyə maskasız çıxan qadın vəhşicəsinə döyülüb.

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Maskasız şəhərə gəzməyə çıxan qadın səlahiyətli şəxs tərəfindən təhqir edilib.

Daha sonra həmin şəxs qadının saçlarından sürüyərək, onu şillə-təpik vuraraq döyüb.

Qeyd edək ki ölümcül virusun yayıldığı Uxan şəhərində insanlar yoluxmamaq üçün maska geyinmədən evdən çölə çıxmırlar.