Bakıda sınaq imtahanına gedən qız itkin düşdü

Bakıda sınaq imtahanına gedən qız itkin düşdüBakıda sınaq imtahanına gedən şagird itkin düşüb.

Qafqazinfo xəbər verir ki, vətəndaş N.R. polisə müraciət edərək bildirib ki, fevralın 2-si, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən “Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.