Ev Hadisə Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs Göyçayda saxlanılıbBakıda avtomobil qaçırılıb.

Bu barədə saytımıza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Araşdırma aparılır.