Sabah bu ərazidə işıq olmayacaq

0
389

Sabah Xırdalanın bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Xırdalan ETSİ-nin xidməti ərazisi olan 28 May qəsəbəsinin elektrik verilişi xətlərində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq 21 yanvar tarixində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaqdır.