Avstraliyada güclü yağışlar da yanğını söndürə bilməyib

Avstraliyanın şərqində yanğına məruz qalan bölgələrə güclü yağış yağıb. Lakin buna baxmayaraq səlahiyyətli qurumlar bölgədə yanğın böhranının hələ də davam etdiyini bildirirlər.

Yeni Cənubi Uelsdə və Viktoriyada 80-dən çox yanğın ocağı hələ də sönməyib. Melburn və Kanberra bölgəsi isə güclü fırtınaya məruz qalıb və bəzi ərazilərə qolf topu boyda dolu düşüb.