Putin hökumətin istefası ilə bağlı fərman imzaladı

0
378

Putin hökumətin istefası ilə bağlı fərman imzaladıRusiya Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən “RİA Novosti” məlumat yayıb. Fərmanda deyilir:

“Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”.

Qeyd edilir ki, sənəd imzalandığı gündən – 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.

Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.