“Azəriqaz”: 2020-ci ildə mexaniki sayğaclara üstünlük veriləcək

0
484

2020-ci ildən başlayaraq “Azəriqaz” İB daha çox mexaniki sayğaclara üstünlük verəcəyini açıqlayıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, bu qurğuları digərlərindən fərqləndirən əsas üstünlüyü istifadəsinin kifayət qədər asan olmasıdır:
“Mexaniki sayğaclar da elektron tiplidir və digər sayğaclardan heç də fərqlənmir. Əsas fərq sadəcə onların istifadəsinin sadə olmasıdır. Belə deyək ki, vətəndaş kart tipli sayğac quraşdırmaq istəsə bu tip sayğacı quraşdıracaq, əgər mexaniki istəsə, mexaniki tipli sayğac quraşdıracaq.

Yeni nəsil sayğaclara gəldikdə isə, bu istiqamətdə işlər dayandırılmayıb. Sözügedən sayğacların alınması ilə bağlı tender keçirilib. Qalib də artıq bəlli olub. Qalib şirkətlə artıq müqavilə bağlanılıb. Artıq yanvar ayından başlayaraq 200 ədəd bu tip sayğacların tətbiqinə pilot layihə kimi başlanılacaq. 2020-ci ilin may ayından isə həmin sayğacların kütləvi tətbiqi planlaşdırılır. Ümumilikdə, 240 min belə sayğacların quraşdırılması nəzərdə tutulur”.