Rusiyanın Kuban vilayətində bir şəxs yüksək səslə musiqiyə qulaq asdığı üçün qonşularını öldürüb.
54 yaşlı Krasnodar sakini qonşularına yüksək səslə müsiqi dinlədiyinə görə əvvəl xəbərdarlıq edib və qapısına daş atıb.
Daha sonra 60 yaşlı qonşu, onun 30 yaşlı oğlu və onların bir tanışı onun xəbərdarlığına etiraz ediblər.
Bundan qəzəblənən şəxs 60 yaşlı qonşunu ov silahı ilə başından güllələyərək öldürüb.
Öldürülən şəxsin oğlu cinayətkardan ov silahını almaq istəyəndənə silah açılıb və qarın nahiyəsinə dəyən güllə onun da ölümünə səbəb olub.
Bundan sonra cinayətkar təcili yardım və polis çağırıb.
Hadisənin təfərrüatı araşdırılır.