Siqnal verən sürücünü qəddarcasına döydü – VİDEO

0
448

Yol vermədiyi üçün “təhqir edilən” pikap sürücüsü qarşı tərəfi izləyərək, onu maşından çıxarır, sonra qəddarcasına döyməyə başlayır.

Dəhşətli hadisənin görüntüləri onların arxasınca gələn digər bir maşının müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, 44 yaşlı Stiver Karr yolayrıcında sərt manevr edərkən, yanındakı “Nissan Micra”nın sürücüsü ona siqnal verib. Bu isə pikap sürücüsünü qəzəbləndirib; onu kilometrlərlə izləyib, maşın dayananda isə sürücünü maşından düşürərək döyməyə başlayıb.

Artıq məhkəmə Karrı 16 ay müddətinə həbsə məhkum edib. Bundan başqa, o, 140 funt sterlinq  (314 AZN) cərimələnib və 20 aylıq sürücülük hüququndan məhrum edilib.

Hüquq-mühafizəçilərin sözlərinə görə, bu, onların son illərdə yolda qarşılaşdıqla ən qəddar hücum olub.