Nazirdən magistraturaya qəbulun ikinci mərhələsinin ləğvi ilə bağlı MÜHÜM AÇIQLAMA

0
523

Magistraturaya qəbulla əlaqədar hazırlanan təkliflər artıq yekun razılaşdırma mərhələsindədir.

Bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbulla əlaqədar Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər qurumlarla müzakirələr aparıb:

“Bu müzakirələr, demək olar ki, yekunlaşıb. Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir.

Bu qərar qəbul olunduqdan sonra bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olması təmin ediləcək. Fikrimcə, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək”.

“Bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib”, – deyə nazir qeyd ed