Azərbaycanda kütləvi zəhərlənmə – Bu dəfə “Rollton”dan

0
653

Azərbaycanda kütləvi zəhərlənmə - Bu dəfə "Rollton"danBu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.

Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri “Rollton” supundan zəhərləniblər.

Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.