“Oryol” kosmik gəmisində Aya uçuş zamanı rus kosmonavtlara çəki ilə bağlı yeni tələblər qoyulacaq.
“RİA Novosti” xəbər verir ki, kosmik gəmi Ayın orbitinə ümumi çəkisi 420 kiloqram olan yük daşıya bilər.
Bu göstəricidə dörd heyət üzvü və onların ümumi çəkisi 100 kiloqram olan yükləri nəzərdə tutulur. Belə olan halda isə kosmonavtların hər birinin çəkisinin 80 kiloqramdan az olması tələb olunur.
Bununla yanaşı, “Sokol-M” skafandrının hazırlanması üzərində də işlər aparılır. 10 kiloqram ağırlığındakı skafandrın istifadəsi kosmonavtlar üçün çəki həddini 701 kiloqrama qədər azaldır.