Qırğızıstanın paytaxtında Heydər Əliyevin şərəfinə istirahət parkı salınacaq

0
486

Qırğızıstan Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu qəbul edib.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun 14 oktyabrda Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, ümumtəhsil məktəbinin tikintisi, həmçinin, Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyev adına parkın salınmasına dair danışıqlar aparılıb.

Görüşün sonunda Çingiz Aydarbekov diplomatik münasibətlərin inkişafında göstərdiyi fəaliyyətə, Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində mühüm rolunu nəzərə alaraq, Hidayət Orucova “Qırğızıstan Xarici İşlər Nazirliyi 75 il” yubiley medalını təqdim edib.