Rusiyalılar qitələrarası raketin kometa olduğunu düşündülər – VİDEO

0
399

Rusiyanın Strateji təyinatlı raket qoşunları Həştərxanın Kapustin Yar poliqonundan qitələrarası raket atəşi həyata keçiriblər.

Bildirilir ki, sınaq uğurlu keçib: “Topol” raketi Qazaxıstan ərazisində yerləşən Sarı-Şaqan poliqonunda hədəfi məhv edib.

Bu zaman rusiyalılar raketi yer səthinə yaxınlaşan kometa kimi qəbul ediblər.

Kurqan, Tolyatti, Orenburq, İjevsk və digər şəhərlərin sakinləri sosial şəbəkələrdə video görüntülərlə paylaşıblar.