Çin və ABŞ alimlərindən ibarət qrup tərəfindən virtual və əlavə edilmiş reallıq üçün yeni simsiz interfeys hazırlanıb. Tədqiqatla bağlı məqalə “Nature” jurnalında dərc edilib.
Yeni hazırlama istifadəçinin dərisinə yapışdırılan elektrod və sensorlardan ibarət elastik plastır formasındadır. Alimlər iddia edirlər ki, elastik plastır dərinin təbii formasını alır.
Toxunuşları ötürmək üçün qurğuya təxminən 1,4 qr çəkisində çarx və daimi maqnitdən ibarət olan mühərriklər quraşdırılıb. İstifadəçi plastır sahibinə toxunuş etdikdə çarxa cərəyan verilir və maqnit bu cərəyanın tezliyi ilə titrəməyə başlayır ki, beləcə toxunuş hissi yaranır.
Qurğu aşağı enerji istehlakına malikdir: hər bir mühərrik təxminən 2 millivolt sərf edir ki, bu da müvafiq hazırlamalarla müqayisədə on dəfələrlə aşağıdır. Bu halda sensorun işləməsi üçün enerji “hava” vasitəsilə kənar mənbədən əldə edilir.