Video və səs yazısı vasitəsilə nəbzin tanınması xidməti təqdim edilib

0
439

Rusiyanın “Neurodata Lab” şirkəti kompüter görmə texnologiyasının köməyi ilə videoçarx və səs yazısı üzrə insanın emosiyasını və nəbzini müəyyənləşdirməyə imkan verən xidmət təqdim edib.

Şirkət bu texnologiyanı böyük müəssisələrə (bank, sığorta şirkətləri, telekommunikasiya operatorları, pərakəndə satıcılar və elmi laboratoriyalara) satır. Xidmət müştərilərin üz ifadələri və hərəkətləri üzrə onların emosiyasını təhlil edə bilər – platforma müxtəlif mağazalar üzrə statistikanı müqayisə edərək müxtəlif təkmilləşdirmələr təklif edə bilər.

Platformanın işi kompüter görmə və süni intellekt texnologiyalarına əsaslanır. Sistem kadrları qiymətləndirir və üz ifadəsi, gözlərin hərəkəti, duruş, səs, danışıq və jestlər üzrə qiymətləndirmə aparır. Bundan sonra “Neurodata Lab” şirkətinin həlli insanın real vaxt rejimində nə hiss etməsi ilə bağlı öz proqnozunu verir.