Türkiyədə 141 şagird xəstəxanalıq oldu

0
403

Türkiyədə 141 şagird xəstəxanalıq oldu

Türkiyənin Sakarya vilayətində özəl məktəblərin birində təhsil alan 141 şagird xəstəxanaya yerləşdirilib.

Onlar ötən gecə saatlarından etibarən qusma və qarın ağrısı şikayəti ilə müxtəlif xəstəxanalara aparılıblar.

Hazırda 141 şagirddən 26-sının müalicəsi davam etdirilir, digərləri evə buraxılıb.

Şagirdlərin qida və sudan zəhərləndiyi ehtimal edilir. Araşdırmalar aparılır.