Üç ağ zəhər..

0
737
İlgili resimSağlamlığı qorumaq məqsədi bir hədəfdir və bu hədəfə çatmağın açarı da təbii ki sağlam qidalanmaqdadır.Bəşəriyyətə təqdim olunan ən böyük nemətlərdən biri sağlamlıqdır. Sağlamlığı pozulmuş insan həyatda heç bir şeydən ləzzət ala bilməz.Sağlam olmaq insan xoşbəxtliyinin ən vacib amillərindən biridir. Sağlamlıq təkcə fiziki dəyər deyil, eyni zamanda həm zehni həmdə mənəvi dəyərdir.Çünki zehni vəziyyətimiz fiziki vəziyyətimizə çox təsir edir. Atalarımız demişkən”Sağlam bədəndə sağlam ruh olar.Mədəmiz,mədəmizə ötürülən qidanın nə mənşəyini nədə adını belə bilmir.Həzm sistemi mədəyə ötürülən qidanı, yağ, karbohidrat, zülal və vitamin kimi bilib öz funksiyasını yerinə yetirir və hüceyrələrə yollayır.Bəs yediyimiz qidaların qida dəyəri olmadığı halda nə baş verir ? O zaman keçmiş olsun deyə bilərik. Bəs biz nəyi yeyib nəyi yeməməliyik? Alternativ bir yol varmı?Bu yolda qarşımıza  sağlam və sağlam olmayan qidalar çıxar.Onlardan üçü Un,Düz, Şəkər bu günümüzdə ən zərərli və istifadəsi məsləhət görülməyən qidalardır.
Şəkər : Emal zamanı şəkərə bəzi kimyəvi maddələr qatılır.
1.Calcium hydroxide. (Kalsium hidroksit) Calcium hydroxide şəkər emalı zamanı istifadə olunaraq bəzi maddələrin çöküntüsü üçün istifadə olunur.
2.Sulfur dioxide E220 kodu ilə tanınan (Kükürd dioksid)  şəkər emalı zamanı  buxarlamadan öncə şəkərin rəngini qoruyub saxlamaq və mikroorqanizmlərin çoxalmasının qarşısını alır.
3.Phosphoric acid (Fosfor turşusu)emal zamanı şəkərin saflaşdırılmasinda istifadə olunur.
4.Bəzi yeni metodlarda isə şəkəri saflaşdırmaq üçün Poliacrylamide kimyəvi maddə qatılmaqdadır.
Not: Yuxarıda adı çəkilən “Kalsium hidroksid” tərkibində insan sağlamlığı üçün təhlükə yaradan müəyyən maddələr var. Bu səbəblər nəzərə alınmalı olan risklərdir.
—Tənəffüs yollarının qıcıqlanması
—Quru öskürəyə və nəfəs darlığına səbəb olur.
—Gözlər üçün də təhlükəli bir maddədir və korluğa qədər gətirib çıxara bilər.
—Daxilə qəbul edildiyində,mədə qıcıqlanması şiddətli ağrı və qusmaya səbəb ola bilər.
—Dəri ilə təmasda olduğunda dəriyə zərər verə bilər və ya hətta ciddi dəri yanmasına səbəb ola bilər.
—Yüksək qan təzyiqinə səbəb ola bilər.
Düz : Rafinə edilməmiş duz xeyirlidir,çünki bədənimizə lazım olan bütün minerallar duzda var.Ancaq rafinə edilərsə bütün minerallar ölür və yerini bəzi kimyəvi qatqılar tutur.
1. Natrium aluminium Silikat. E173 kodu ilə tanınır,rəngləndirici və nəmişliyə qarşı istifadə olunur.
2.Aluminium hidroksid.Duz kristallarının şəkillənməsi və axarlılığını təmin edir.
3.Titan dioksid E171 kodu ilə tanınır.Duzu nəmdən mühafizə edir (vitrin ömrünü uzadır) və rəngini ağartmaq üçün istifadə olunur.
4.Kalium yodid .Normal rafinə olunmamış duzun tərkibində Kalium yodid təbii olaraq var. Rafinə olunmuş duza isə kimyəvi Kalium yodid qatılır. Rafinə olunmuş duza qatılan Kalium Yodid tək başına qalxanabənzər vəzin balansının pozulmasına səbəb olur.Qalxanabənzər vəz bütün vücudun balansını təmin edir, hətta kökəlməyin belə səbəbi qalxanabənzər vəzin çalışmaması və ya çox çalışmasından ola bilər.
5.Potasium Ferrocyanide. Sadəcə Potasium ferrosiyanid süfrə duzu istifadə etməmək üçün yetərlidir.Duzun rəf ömrünü uzatmaq və toparlanma probleminin qarşısını almaq üçün rəflərdə satılan duzun tərkibinə kalium ferrocyanid (E 536), sodyum ferrocyanide (E 535) və kalsium ferrocyanid (E 538) kimi qatqı maddələri əlavə olunur.
Not:  adları çəkilən alüminium duzları”Sodium Aluminium” və “Alüminium hidroksid” vücuda daxil olduğunda bir yandan vücuddaki kalsium,dəmir,fosfor və maqnezium minerallarınin əmilməsini azaldır, digər tərəfdən isə Alüminiumun beyində yığılması ilə yaddaş pozğunluğu,alzeimer,zəka zəifliyi və iflicə səbəb ola bilir.
Un: 
1. Qida dəyəri yox
2.Vitamin yox
3.Mineral yox
Buğda rafinə olunub və ağardıldıqdan sonra  bir zəhərə çevrilir desək yanılmarıq. Un, buğda və digər dənli bitkilərdən əldə edilir.Taxılda mikroelementlər, o cümlədən insanların qidalanması üçün zəruri olan maddələrdə var. Vitaminlər, minerallar və zülal  daha çox kəpəkdə və taxılın dənində cəmlənir. Müasir texnologiyadan istifadə edərək bəşəriyyət taxılın qabığını və ləpəsini ayırmağı bacardı və beləliklə gözün və damağın ləzzətinə daha uyğun un əldə etdi. Yaxşı bir görünüş və ləzzətə sahib olan bu undan hazırlanan çörək və digər məhsulların qidalandırıcı dəyərləri ilə bağırsaqların fəaliyyətində effektivliyi azaltdı və vitamin çatışmazlığı ilə yanaşı qalın bağırsağın bəzi xəstəliklərinə də səbəb oldu.Rafinə olunmuş buğda unundan hazırlanmış çörək və ya un məmulatları çox yeyildikdə :
–Qan azlığı
–Zəka geriliyi
–Yeniyetmələrdə boyun qısa olması
— Uşaqlarda sink dəmir və kalsium çatışmamazlığı
— Qadınlarda dəmir və döl turşusu “Folic Acid” ,qan azlığı meydana gəlir və bu çatışmazlıqlar hamilə qadınlar üçün daha çox problem ortaya çıxara bilər.
O zaman biz bu üç zəhərin əvəzinə nə istifadə etməliyik? Alternativ əvəzedici qida məhsulları varmı? Qətiyyətlə deyə bilərəm ki ,BƏLİ !
Şəkəri əvəz etmək üçün: 
1.Tut doşabı
2.Üzüm doşabı
3.Emal olunmamış bal
4.Ağcaqayın siropu
5.Xurma.Təbii şəkər mənbəyi olan xurma bir çox şirniyyatlara əvəzolunmaz dad qata və şəkəri birmənalı olaraq əvəzləyə bilər.
6.Banan
7.Yerkökü də həm şirniyyatlara, həm də xörəklərə şəkər dadı verə, süni şəkəri əvəzləyə bilər. O da şəkərin alternativi sayılır.
Not olaraq onuda əlavə edim ki, qəhvəyi şəkər əvəzedici kimi istifadə edilə bilməz.Ağ şəkər istehsal edərkən şəkər çuğundurundan tünd və qatı bir maye çıxır. Bu maddə molasses (şəkər bəhməzi) adlanır. “Molasses” şəkər bəhməzi ağ şəkərə əlavə edildikdə qəhvəyi şəkər istehsal olunur. Belə ki, qəhvəyi şəkərdə ağ şəkər qədər zəhərdir deyə bilərik.
 
Duzu əvəz etmək üçün: 
1. Himalay duzu
2. Qaya duzu
Natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır ki insan onu duz vasitəsilə alır. Duz orqanizmdə olan bütün mayelərin: qan, limfa, hüceyrəarası maye, tər, göz yaşı, hətta öd mayesinin tərkibinə daxildir. Orqanizm çox maye itirən zaman onun duza olan tələbatı artır. Bu hal əsasən çox tərlədikdə, qusma və qarın işləməsi zamanı yaranır. Beləliklə də orqanizmdə çox böyük əhəmiyyətə malik su-mineral balansında pozulma meydana çıxır. Bu isə həyat üçün çox təhlükəli hesab edilir. Himalay duzu və qaya duzunda 84 mineral var. Bu duzun gündəlik istifadə qaydası normal sağlam insan üçün 4-5 qram nəzərdə tutulur.Qan təzyiqi xəstələrində isə bu norma 1-2 qr-a qədər endirilməlidir.
Unu əvəz etmək üçün: 
1.Arpa unundan və ya arpa ilə buğda ununun qarışığından istifadə etmək olar.
2.Buğda kəpəyi. Buğda kəpəyi əlavə olunmuş çörək də çox faydalıdır. Kəpək mədə-bağrsaq sisteminə müsbət təsir edir, qəbizliyin qarşısını alır, orqanizmdən ziyanlı maddələri xaric edir
3 Çovdar ununun tam buğda unu ilə qarışdırmaq.Çəki idarəsində, qan şəkərinin tənzimlənməsində, ürək sağlamlığının qorunması, qəbizliyin qarşısının alınması və bağırsaq sağlamlığının qorunmasında təsir göstərir.
Ağa Salamov
Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, Qida Texnoloqu,
Ukrayna Kulinarlar Birliyinin üzvü