Perunun Azərbaycandakı səfirliyi bağlanır

0
436

Perunun Azərbaycandakı səfirliyi bağlanır.

Bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda deyilir:

“Səfirliyin bağlanması ilə əlaqədar inzibati prosedurlar başlanıb və konsulluq şöbəsi yalnız dekabrın 15-dək xidmətlər təklif edəcək.

Bu tarixdən sonra bütün müraciətlər Ankaradakı səfirliyə edilməlidir. Peru səfirliyi 2020-ci il martın 1-də fəaliyyətini tamamilə dayandıracaq”.