Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ilin yekunlarına əsasən Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,8 artacağını gözləyir.
Bu barədə bankın hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə ölkə ÜDM-i 2,4 faiz artacaq.
Hesabata əsasən, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə başlamış bərpası 2019-cu ildə də davam edir.
Bu ilin ilk 8 ayı ərzində ÜDM illik müqayisədə 1,4 faizdən 2,4 faizədək yüksəlib. Buna qeyri-neft sektorunun hesabat dövründə 1,9 faizdən 3 faizədək artması kömək edib.
Üçüncü dövrün sonuna olan vəziyyətə görə, qeyri-neft-qaz sənayesi, kənd təsərrüfatı və xidmətlər sahəsində istehsalın artımı göstəriciləri müsbətdir. Bundan başqa, kredit aktivliyi bərpa olunur, 2019-cu ilin yanvar-avqust aylarında inflyasiya aşağı səviyyədə – 2,6 faiz səviyyəsində qalıb. Bu, Mərkəzi Banka uçot dərəcəsini 200 baza punktu azaltmağa imkan verib.
Bundan əvvəlki hesabatda qeyd olunurdu ki, neft qiymətlərinin artımının dəstəklədiyi sabit məzənnə fonunda inflyasiya orta hesabla 2017-ci ildəki 12,9 faizdən 2018-ci ildə 2,3 faizədək azalıb.