Kosmos haqqında bildiklərinizi unudun: 35 milyon qalaktika və bütün kosmos… – FOTO

0
431

Qaranlıq enerjinin sirrini açmağa çalışan elm adamları bir super-teleskop sayəsində kosmosa dair ən genişmiqyaslı müşahidəyə başlayıb.

5 il davam edəcək müşahidədə 35 milyon qalaktika araşdırılacaq.

Analizdə 5 000 mini teleskop iştirak edəcək. Bu teleskopların hər biri 20 dəqiqədən bir fərqli qalaktikaya baxacaq. Araşdırmaçılar ilk ilin sonunda ümumilikdə digər teleskopların analiz etdiyi qalaktikalardan daha çoxunu müşahidə etmiş olacaq.

Qaranlıq enerji nədir?

Büyük partlayış nəzəriyyəsi irəli sürüləndə kosmosun genişlənməsinin bir müddət sonra yavaşlayacağı və qravitasiyanın təsiri ilə yenidən kiçiləcəyi proqnozlaşdırılırdı.

Lakin astronomlar 1998-ci ildə şokedici reallığı sübut etdi: kosmos təkcə genişlənmir, eyni zamanda, genişlənmə sürəti də hər il artır. Bu kəşfdən sonra elm adamları qravitasiyanın təsirini əksinə çevirən bir şey olduğunu düşünməyə başladı və buna qaranlıq enerji adını verdi.

Bu gün kosmosun böyük qisminin qaranlıq enerjidən ibarət olduğuna inam var.

Planetlərin, ulduzların və qalaktikanın quruluş daşı olan atomların kosmosun yalnız 5 faizini təşkil etdiyi iddia edilir.

Müşahidə layihəsində yer alan London Kolleci Universitetinin professoru Ofer Lahav kəşf edilməsindən 20 il keçməsinə rəğmən, elm adamlarının hələ də qaranlıq enerji haqqında, demək olar ki, heç bir şey bilmədiyini söyləyir: Yalnız 5%-ni bildiyiniz kosmosda yaşamaq utancvericidir. Qaranlıq enerjinin təbiəti və nə olduğu fizika sahəsində inqilaba yol aça bilər!”

Yeni layihədə nə araşdırılacaq?

Beynəlxalq araşdırmaçılardan ibarət komanda Qaranlıq Enerji Spektroskopiya Alətləri (DESI) adlı cihazdan istifadə edəcək.

ABŞ-ın Arizona ştatındakı Kitt dağının 2 km hündürlüyündə yerləşdirilən 4 metrlik Mayall teleskopunun üzərinə yerləşdirilən DESİ-də hər biri bir mini teleskop olan 5 000 optik lif var. Çox sayda ölkədən 25 qurumun qatıldığı DESİ eyni anda 5 min fərqli qalaktikadan gələn işığı təhlil edərək onların dünyaya uzaqlığını ölçəcək və qalaktikaların işığı dünyaya gələrkən kosmosun necə genişlənəcəyini hesablayacaq.

DESI kosmosun nə qədər dərininə getsə, o qədər keçmişi görəcək. Bunun səbəbi qalaktikaların işığının yaranmasının xeyli zaman aparmasıdır.

Məsələn, DESI 10 milyard işıq ili uzaqlıqdakı bir qalaktikanı araşdıranda onun 10 milyard il əvvəlki halını görəcək.