Ordumuzun əsgəri həlak olub – FOTO

0
702

Hadisə Ermənistanla sərhədin Qazax rayonu hissəsində baş verib

Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanov ötən gün Qazax istiqamətində qeyri-döyüş şəraitində həlak olub.

Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova bu məlumatı təsdiqləyib..

“Babək Aslanov dünən şəhid olub. Cənazəsi bu gün Xaçmaz rayonunun Mollabürhan kəndində dəfn olunub”.

Allah rəhmət eləsin!