Azərbaycanda əhalinin neçə faizi siqaret çəkir?

0
431

2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir.

Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,8 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 32,3 olub.

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.