İlk dəfə iki azərbaycanlı model Top5-ə daxil oldular

0
672

Dünyanın 35 ölkəsinin iştirak etdiyi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Miss & Mister Planet of the World 2019” beynəlxalq gözəllik yarışmasında azərbaycanlı modellər Nigar Həsənzadə və Sirac Bəyalizadə Top 5-ə daxil olublar.

Yarışmanın tarixində bu hal ilk dəfə olaraq baş verib.

Sirac Bəyalizadə “Vitse Mister Planet 2019” adına layiq görülüb, Nigar Həsənzadə isə dünya 3-cüsü olub.

“Bu, bizim ölkəmiz üçün çox böyük uğurdur. Bizim modellər beynəlxalq layihələrdə öz mövqelərini gücləndirirlər və bu davamlı olacaq”, – layihənin direktoru Pərviz Əzimzadə bildirmişdi.

Oğlanlar arası qalib, Mərkəzi Afrikalı – Aubrey Pieters

Qızlar arası isə Rumıniya təmsilçisi – Denisa Hodisan olmuşdular.

Azərbaycan heyəti:

Layihənin direktoru – Pərviz Əzimzadə

Baş prodüser – Sadiq Cəfərov

Mister Planet 2016/2018 qalibləri – Yusif Cəfərov və Emin Qasımov