İngiltərənin bəzi bölgələri sel suları altında qalıb

0
463

İngiltərənin bəzi bölgələri sel suları altında qalıb.

Midlands və Hirford ərazisindəki evləri su basdığı üçün sakinlər qayıqlarla ərazidən uzaqlaşdırılıb. Şropşayr, Hirfordşayr, Staffordşayr, Vorvikşayr və Vorsterşayrə gedən yollar bağlanıb.

Sel dəmiryolu xidmətlərinə də təsir göstərib. Hirford və Nyuport arasındakı dəmir yolu xətti fəaliyyətini dayandırıb.