Dörd sərbəst güləşçimizin dünya çempionatında rəqibi müəyyənləşib

0
493

Oktyabrın 28-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayacaq.
İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start verəcək.
Oktyabrın 27-də həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığma komandamızın üzvlərinin rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) kubalı Reyneri Andreu Orteqa, Turan Bayramov (65 kq) Kanada güləşçisi Kristofer Morqan Misaak, Davud İbrahimov (70 kq) isveçrəli Mark Dietşe, Abubakr Abakarov (79 kq) isə Qırğızıstan təmsilçisi Atay İzabekov ilə qarşılaşacaq.