Şahmat yığmalarımız Çexiya və Rumıniyaya qarşı

0
411

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında 3-cü turun oyunları oynanılacaq.

Kişilərdən ibarət Azərbaycan yığması Çexiya ilə üz-üzə gələcək. Qadınlardan ibarət komandamız isə Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərdən ibarət komandamız bundan öncə keçirdiyi hər iki görüşdə qalib gəlib. Qadınlar komandamız isə 1 matçda qələbəyə sevinibsə, digərində uduzub.