ABŞ bankları süni intellektin yaratdığı kibertəhlükələrə qarşı müdafiəni gücləndirməyə çalışarkən texniki nasazlıqlarla qarşılaşır.
Ötən həftə JPMorgan bankında proqram təminatının uğursuz yenilənməsi on milyonlarla müştərinin pul köçürmələrində gecikmələrə səbəb olub. Hadisənin kiberhücumla əlaqəsi olmayıb.
JPMorgan rəhbəri “Mythos” kimi qabaqcıl süni intellekt modellərinin kiberriskləri 10 dəfə artırdığını bildirib.
Bank of America isə sistemlərdəki boşluqları aradan qaldırmaq üçün 1 000 podratçı cəlb edib.
ABŞ-da ilin əvvəlindən 100 mindən çox kibertəhlükəsizlik problemi qeydə alınıb. Oktyabrda aşkarlanan problemlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə dörd dəfə artıb.



