Zaporojye şəhərinə hava zərbəsi – Ölənlər var

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hava zərbəsi nəticəsində dördmərtəbəli binada yanğın baş verib. Xilasedicilər alovu qısa müddətdə söndürüblər. 2 nəfər xilas edilib.