Kremldən Serbiyadakı seçkilərə reaksiya gəldi: Yeni siyasi qüvvə başa düşəcək ki…

Moskva ümid edir ki, Serbiyada hakimiyyətə gələn yeni siyasi qüvvə Rusiya ilə əməkdaşlığın Serbiya üçün faydalı olduğunu başa düşəcək.

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü bildirib ki, “Rusiya ilə əməkdaşlıq Serbiyanın maraqlarına uyğundur, çünki bu, ilk növbədə Serbiyaya fayda verir”.

Peskov qeyd edib ki, Rusiya Serbiya ilə münasibətləri inkişaf etdirməyi planlaşdırır, lakin “tanqo üçün iki nəfər lazımdır”. O, həmçinin ümid etdiyini bildirib ki, Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç müxalifətdə olsa belə, ölkələr arasında münasibətlərin inkişafına töhfə verməyə davam edəcək.

“Həqiqətən də, biz Serbiyada keçirilən seçkilərin nəticələrini qəbul edirik. Vuçiçin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk”, – Peskov bildirib.