Azərbaycanın mikro və kiçik sahibkarlarının məhsulları “Baku Build 2019” sərgisində nümayiş etdirilir

0
596

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən mikro və kiçik sahibkarlar məhsulları bu gün Bakıda işə başlamış 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild 2019) nümayiş etdirirlər.

 

Məlumata görə, sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunur. KOBİA həmçinin “Baku Build 2019”a dəstək göstərən qurumlar sırasındadır.